Paytaxtın Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən “Təndir-Məndir” restoranı bağlanıb. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı məlum olub ki:
- Obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- Obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;
- Fövqəladə hadisələr zamanı insanların köçürülməsi üçün ehtiyat təxliyə yolu nəzərdə tutulmayıb;
- Elektrik təchizatı və elektrik qurğuları tələblərə uyğun quraşdırılmayıb və obyektin daxilinə çəkilmiş elektrik xətlərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb.
Aşkar olunan faktlarla bağlı obyektin fəaliyyəti dayandırılıb və sahibkara xəbərdarlıq edilib.
[URIS id=86004]