Türkiyədən təxliyə edilən Azərbaycan vətəndaşlarının olduğu 3 avtobus Bakı Beynəlxalq Avtovağzalına gəlib. Bu haqda bu gün, 10 fevral tarixində Oxu.az məlumat verib.
Ümumilikdə 107 nəfər evə qayıdıb. Onlardan əksəriyyəti tələbələrdir.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Hadisə nəticəsində Türkiyədə 18.342 nəfər ölüb, 74.242 nəfər yaralanıb. Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.
[caption id="attachment_90230" align="alignnone" width="640"]
Foto Oxu.az saytı[/caption]