Türkiyədə zəlzələdən zərər çəkmiş 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə lazımi müalicə almaq üçün Bakıya gətirilib. Bu haqda bu gün, 13 fevral tarixində Report məlumat verib.
Uşaqlar K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdiriliblər. Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova bildirib.
"Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hər tərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir", - Zeynalova qeyd edib.
Müayinələrdən sonra uşaqlar valideynləri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sığınacağa göndəriləcəklər.