Bakıda Türkiyədə zəlzələdən zərər çəkənlər üçün toplanılan yardım davam edir. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, bu gün saat 11:00-dan etibarən hər kəs əşyaları Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirə bilər.
Ötən gecə boyunca sakinlər Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasına müxtəlif əşyalar gətiriblər. Ərazidə insan və avtomobil tıxacları yaranıb. Gecə 3 TIR humanitar yardım Türkiyəyə yollanıb.
[video width="240" height="426" mp4="https://bakuplus.az/storage/photos/2023/02/142.mp4"][/video]