Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə pul göndərmək istəyən insanlar rahat və şəffaf şəkildə dəstək ola bilərlər. Bu haqda bu gün, 8 fevral tarixində “Nargis” Fondu məlumat verir.
Yardım göndərmək istəyən vətəndaşlar Azercell nömrələrindən 7303 qısa nömrəsinə mesaj göndərməlidirlər. Mətn yerində 1-9 rəqəminədək yazıb yollayaraq Türkiyə xalqına müvafiq olaraq 1 AZN-dən 9 AZN-dək ianə ediləcək. Mesajlar bir həftə boyunca qəbul ediləcək.
Bundan əlavə, fond tərəfindən xüsusi platforma yaradılıb. İanə etmək üçün nargisfund.com saytına daxil olaraq “Xeyriyyə” düyməsini sıxın və açılmış səhifədə “Qardaş Türkiyəyə dəstək kampaniyası” layihəsini seçin. Bundan sonra adınızı yazın və göndərmək istədiyiniz məbləği seçin, daha sonra ödəniş məlumatlarını doldurun və “Təsdiq” düyməsini sıxın.
Ətraflı məlumat üçün Fondun çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: +994125265493.