Taksi fəaliyyəti ilə bağlı nəzarət necə olacaq? Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata keçirilməsi üçün "E-taksi" altsistemi yaradılıb. Operatorlar məlumatları real vaxt rejimində həmin sistemə ötürəcək. Bununla yanaşı, ərazidə fiziki olaraq AYNA və yol polisi əməkdaşları buraxılış kartlarını yoxlayacaqlar.
Kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar cərimələnəcəklər.