top
Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi
29 iyul 2026, 12:49
- ↺ +

Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bir müştəri taksinin arxa oturacağında unudulmuş mobil telefonu götürərək həmin cihaz vasitəsilə sahibinin bank hesablarına daxil olub və 5 min manatdan çox vəsaiti ələ keçirib.

Elvin Məmmədov (şərti) yaşadığı ünvana getmək üçün taksi sifariş edib. Avtomobilə əyləşdikdən sonra arxa oturacaqda qara rəngli "Redmi 9T" markalı mobil telefonu görüb və sürücüyə məlumat vermədən telefonu götürərək özündə saxlayıb.

Taksidən düşdükdən sonra yaxınlıqdakı çayxanaya gedən Elvin Məmmədov mobil telefonun qrafik şifrəsini təxmin edərək kilidini açıb. Daha sonra telefonda quraşdırılmış bank mobil tətbiqinə də bir neçə cəhddən sonra daxil olaraq zərərçəkmişə məxsus iki bank kartındakı vəsaiti başqa hesaba köçürüb.

O, əvvəlcə bank kartlarından 929 manat 63 qəpik və 3 min 758 manat 70 qəpik olmaqla, ümumilikdə 4 min 688 manat 33 qəpiyi tanışının bank kartına köçürüb. Daha sonra həmin məbləği elektron pul kisəsinə keçirərək 4 min 500 manatı öz bank kartına köçürüb və bankomatdan nağdlaşdırıb. Bundan əlavə, 165 manatı taksi sürücüsünün bank kartına göndərərək həmin məbləği ondan nağd şəkildə alıb.

Cinayətin izini itirmək məqsədilə götürdüyü mobil telefonu yaşadığı ərazidəki gölməçəyə atıb. Əldə etdiyi vəsaiti isə sonradan şəxsi ehtiyaclarına xərcləyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində Elvin Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmünə əsasən, Elvin Məmmədov 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Mənbə: qaynarinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər