AMEA-nın professoru dünyasını dəyişib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Arxeologiya və Antropologiya İnstitutunun professoru arxeoloq Tufan Axundov 77 yaşında dünyasını dəyişib. O, 1948-ci ildə Bakı şəhərində anadan olub.
T. Axundov öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Muğan və cənub bölgəsində də böyük elmi işlərə imza atıb. Alxantəpə və Polutəpə abidələrini kəşf edib, tədqiqatlar aparıb, nəticə olaraq Alxantəpəyə aid 735 səhifəlik elmi kitabı çap olunub. Onun, həmçinin Polutəpə abidəsinin tədqiqatına aid elmi əsəri də çap olunaraq, yaxın vaxtlarda işıq üzü görməli idi.