Bakıda Tarix Əliyevin adından istifadə edən dələduz peyda olub. O, qadından pul oğurlayıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Tarix Əliyevə istinadən xəbər verir.
Əməli törədən şəxs özünü Prodüser T.Əliyevin verilişində operator kimi işlədiyini bildirib və qadına işə düzəldəcəyi barədə vədlər verib. O, həmçinin MTV kanalında, Baku TV-də, Real TV-də və AzTV-də işlədiyini əlavə edib.
Nəticədə dələduz qadının pullarını mənimsəyərək itib.
Bu səbəbdən Tarix Əliyev Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.