top
Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama
23 may 2026, 14:40
- ↺ +

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Tbilisi qatarına kassadan ilk bilet alan sərnişinin Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşı olması ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkə paylaşımlarında bununla ADY-nin ucuz piar kampaniyası apardığı, situasiyanı imitasiya etdiyi iddia olunur.

ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev yayılan məlumatı təkzib edib və qafqazinfo.az-a bildirib ki, təmsil etdiyi qurumun belə kampaniyaya ehtiyacı yoxdur: "Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi və etikalı bir qurumdur. Onun bu cür piara heç bir halda ehtiyacı yoxdur. Əgər bizim belə bir niyyətimiz olsaydı, işi daha peşəkar şəkildə həyata keçirərdik. Baxanda görünür ki, burada sadəcə bir telefonla, əməkdaşlarımız tərəfindən çəkilən şəkillərdir. Emosiyalar və ilk sərnişin olması xüsusilə xoşlarına gəlir və çəkirlər.
İkinci bir məsələ, əgər biz belə bir şey etmiş olsaydıq, niyə əməkdaşımızı çəkirdik, nə qədər müxtəlif sahələrdə çalışan adamlar var. Elə bizim 14 min əməkdaşımız var, o əməkdaşlarımızdan birinin ailə üzvünü gətirərdik, niyə məhz öz əməkdaşımızı çəkirdik? Bu, kifayət qədər gülünc iddiadır.

Bizdə bilet satış sistemi açılmamışdan sistemdə Tbilisi əlavə olunmuşdu. Bunu görən sərnişinlər elə biliblər ki, saytda problem var, bilet almaq mümkün deyil, bəziləri hətta günorta saatlarından durub kassaya gəlmişdilər. Bu xanım da kassaya elə gələnlərdən biri idi. Sadəcə gəldi, növbədə oldu və bileti kassadan birinci alan sərnişin oldu. Onu görən əməkdaşlar da telefonla çəkdilər. 
Bu cür iddialar heç bir halda həqiqətə uyğun deyil".

B.Hacıyev həmçinin əlavə edib ki, sözügedən istiqamətə artıq 3000 bilet satılıb. Hətta bəzi reyslər tamamilə dolub.
Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir.

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər