AZAL-in təyyarəsi Bakıya geri qayıtmalı olub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Bakı-Tbilisi reysi ilə uçan “J2 8223” nömrəli hava gəmisi Gürcüstanın paytaxtında qəfil pisləşən hava ilə əlaqədar Bakıya geri dönməyə məcbur olub.
Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Hava gəmisi saat 12:39-da Tbilisiyə yola düşüb.