Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı tədbirlər görüləcək. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən sözügedən ərazidə qiymətləndirmə işləri aparılıb və mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı rəy verilib.
Bakı Televiziya Qülləsinin tikintisinə 1979-cu ildə başlanılıb və 1996-cı ildə inşası yekunlaşdırılıb. Qüllənin hündürlüyü 310 m-dir. Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci televiziya qülləsidir.