Bakının Sabunçu və Qaradağ rayonlarında yerləşən texniki müayinə mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Dövlət Yol Polisi İdarəsinə (DYP) istinadən məlumat verir.
Ramazan bayramı ilə əlaqədar müəssisələr 24 saat, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi isə saat 09:00-18:00 aralığında fasiləsiz olaraq fəaliyyət göstərəcək.Foto DYP
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərində olduğu kimi, DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.