Bayram günlərində texniki baxış mərkəzləri işləyəcək. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.
Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin asudə vaxtlarının çox olmasını nəzərə alaraq, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək.
Baş Dövlət Yol Polisi İdarəsi isə bayram günlərində saat 09:00-18:00 arası xidmət göstərəcək.
View this post on Instagram