top
Tez-tez komaya düşürəm, işsizəm, nazirlikdən xahiş edirəm ki... - Əməkdar artist
17 noyabr 2025, 12:39
- ↺ +

"Tez-tez komaya düşürəm, işsizəm, nazirlikdən xahiş edirəm ki..." - Əməkdar artist

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Heç kimin nə telefon zəngini götürürəm, nə də müsahibə verirəm. Sənətdən tamamilə uzaqlaşmışam. Özünüz də görürsünüz ki, efirlər nə gündədir. Bir dəfə çağırırlar, bir müddətdən sonra yenə də özləri çağırmalıdır da. Əvvəl sənətkarları özləri itirib-axtarırdılar. İndi zəmanə də, insanlar da dəyişib. Hətta zəng edəndə belə artıq getmirəm. Min bir bəhanə ilə uzaqlaşıram. İncimişəm də".  

Bunu moderator.az-a açıqlamasında uzun müddətdir efirlərdən uzaq gəzən əməkdar artist Elza Qaybalıyeva deyib.  

O daha sonra əlavə edib:

"Mən 25 il Muğam teatrında işləmişəm. Teatr bağlandı. Ondan sonra Şuşa Teatrının direktoru Yadigar Muradov bildi ki, işsizəm, məni teatra dəvət etdi. Bir az işlədim, sonra teatr təmirə bağlandı. Təmirdən sonra məni çağırmadılar. Allah Yadigar müəllimin də köməyi olsun, vəziyyəti yaxşı deyil. Sonra bir neçə il müraciətlər etdim, xeyri olmadı. Mənim tələbələrim fəxri adlar daşıyır, incəsənət aləminə böyük sənətkarlar bəxş etmişəm. "Əməkdar artist" adına görə 200 manat məvacib alıram. Başqa dolanışıq yerim yoxdur. Düzdür, Allah bəndəsini ac qoymur, amma yenə də iş istəyirəm. Sizin vasitənizlə də Mədəniyyət Nazirliyinə müraciət edirəm. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam, incəsənətə, mədəniyyətə böyük töhfələr vermişəm. Niyə mənə bir iş tapılmır? Heç olmasa mədəniyyət evlərində, məktəblərdə bir müəllim kimi çalışmaq istəyirəm. Yəqin ki, cənab nazir bu yazını oxuyar və mənə bir iş tapılar".  

Elza Qaybalıyeva bildirib ki, bu gün sənət yoldaşları da onu yada salmır:  

 

"Əməkdar artistlər Sevinc Sarıyeva, Firuz Səxavət hər zaman zəng edir. Onlar mənim həm də tələbələrim olub. Digər sənətkar dostlarım yada salmır. Heç onların zənginə ehtiyacım da yoxdur. Məni Allah yada salsın. Toylara da getmirəm. Çünki artıq səsdən də istifadə etmirəm. Nə vaxt səsim düzəlsə onda gedərəm. O gün bir xalq artisti var, mənə zəng edib soruşur ki, nə edirsən, evdə darıxmırsan? Ona deyirəm ki, vallah gedib daş karxanasında daş da qaldıraram, bu mənim üçün ayıb deyil. Mən bu cür şeyləri düşünmürəm. Heç kimin kölgəsində olmamışam, öz hesabıma ucalmışam. Bütün dünyanı gəzmişəm, sənətimi təbliğ etmişəm. Əvvəllər sənətə gəldiyimə görə peşmanlıq çəkirdim, indi peşman deyiləm. Allah nə qismət yazıbsa, o da olur. Amma sənətkara sağlığında qiymət, dəyər verilməlidir. Heç mənə iş verməsinlər, amma dolanışıq üçün bir az məvacib versələr şükür edərəm. Çünki tez-tez komaya düşürəm, şəkərim var, müalicəyə ehtiyacım var. Nazirlik işçilərindən bunu nəzərə almaqlarını xahiş edirəm".  

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər