Ticarət obyektlərində paltar dəyişmə otaqlarının fəaliyyətinə icazə veriləcək. Bu haqda 9 dekabr tarixində Səhiyyə Nazirliyi məlumat verib.
Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə qoyulmuş qadağaları aradan qaldırır. Artıq ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəsi icazə verilir. Lakin hər müştəridən sonra dəyişmə otaqlarında dezinfeksiya işləri aparılmalıdır.