Bakıda stadionun tavanı uçub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunda sektorlardan birinin tavanı uçub. Hazırda əraziyə xüsusi texnika və canlı qüvvə cəlb edilib. Ərazidə təmir işləri aparılır.
Sözügedən stadionda 14 dekabr tarixində UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Qarabağ” - “Hakken” görüşü keçiriləcək.
Oyun saat 21:45-də başlayacaq.