“Toplum TV” işi ilə bağlı saxlanılan şəxslərin apellyasiya şikayətinə baxılıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Toplum TV-nin təsisçiləri Ələsgər Məmmədli, Akif Qurbanov, eləcə də III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayətləri təmin etməyib.