Bakıdakı uşaq sığınacağında kütləvi yoluxma qeydə alınıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub. Həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.