“Alov qüllələri”ndə xüsusi loqo nümayiş etdirilib. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir.
Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu “Alov qüllələri”ndə əks olunub. Turnirin nişanını yarışa qədər hər axşam saat 00:00-a qədər görmək mümkün olacaq.
Qəbələdə baş tutacaq turnirin açılış mərasimi 8 dekabr tarixində Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.
[caption id="attachment_122319" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]