Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarının silinməsi məsələsinə baxacaq. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyevə istinadən Report məlumat verib.
Nuriyevin sözlərinə görə, son antiterror əməliyyatları zamanı Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb.
Bundan başqa, bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxa biləcək problemlərin həllinə yaxından dəstək verəcək.