“Azərpoçt”un adından dələduzluq edilir. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Burada bank kartı və digər fərdi məlumatların daxil edilməsi üçün bölmələr yaradılıb.
Qurum vətəndaşlardan diqqətli olmalarını xahiş edir.