Daha bir sıra vətəndaşlar silahları könüllü olaraq polislərə təhvil veriblər. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxtda və ölkənin müxtəlif rayonlarında polislər sakinlərdən qanunsuz saxlanılan 6 müxtəlif markalı tüfəng təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.