Valideynləri tərəfindən döyülən qız barədə yeni məlumat verilib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
16 yaşlı yeniyetmə polisin müşayiəti ilə Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə aparılıb. Daxili işlər Nazirliyindən bildirilib ki, uşaq anası tərəfindən şiddətə məruz qalıb.
Araşdırmalar davam edir.
Daha öncə yeniyetmə qızın döyülərək evdən qovulduğu barədə məlumat vermişdik.