Vaqif Xaçatryan apellyasiya şikayəti verib. Bu haqda bu gün 27 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan onun barəsində olan hökmlə razı deyil. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən, V. Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.