Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində rəhbərlik dəyişib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.