top
Viza vədi ilə 4 min manatını mənimsədi: Bakı sakini pulunu geri ala bilmir - İDDİA
06 yanvar 2026, 13:10
- +

Viza vədi ilə 4 min manatını mənimsədi: Bakı sakini pulunu geri ala bilmir - İDDİA

Bakı sakini viza almaq adı altında dələduzluğun qurbanı olduğunu iddia edib.

Bakuplus.az-a müraciət edən şikayətçi Azər Rüstəmov bildirib ki, ötən ilin may ayında ailə üzvlərinin Almaniyaya getməsi üçün viza sənədlərinin hazırlanması məqsədilə Murad Fikrət oğlu Muradova müraciət edib. Həmin dövrdə Almaniyada yaşayan A.Rüstəmov həyat yoldaşı və oğlunun onun yanına getməsi üçün viza prosesinin təşkil olunmasını istəyib.

Şikayətçinin sözlərinə görə, Murad Muradov məsələni qısa müddətdə həll edəcəyini vəd edərək, mərhələli şəkildə ondan ümumilikdə 4000 manat məbləğində pul alıb.

Lakin iddiaya əsasən, üzərindən təxminən 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, nə viza rəsmiləşdirilib, nə də ödənilən vəsait geri qaytarılıb.

Azər Rüstəmov qeyd edib ki, pulu alan şəxs əvvəlcə müxtəlif bəhanələrlə prosesi uzadıb, son günlərdə isə ümumiyyətlə zəng və mesajlara cavab vermir.

Şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

O, həmçinin Murad Muradovla "WhatsApp" yazışmalarını və ona göndərdiyi pulların çeklərini redaksiyamıza təqdim edib.

Qeyd edək ki, son dövrlər xaricə iş və ya ailə vizası vədi ilə vətəndaşlardan pul alaraq öhdəliklərini yerinə yetirməyən şəxslərlə bağlı şikayətlərin sayında artım müşahidə olunur.

Məsələ ilə bağlı Murad Muradovla əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Yasamalda velosipedləri oğurlayan iki qardaş TUTULDU

Xəbər
Bu gün, 16:43

Bakıda hoteldə adamı döydülər, bahalı telefonunu əlindən aldılar

Xəbər
Bu gün, 15:51

Tanınmış simalar Horovlu kəndində…  - VİDEO

Xəbər
Bu gün, 14:23

Xalq artisti: "Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, sonra ailə qursunlar"

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 27 dərəcə isti olacaq

Xəbər
Bu gün, 11:31

Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi

Xəbər
Bu gün, 10:50

Bakıda gözəllik salonlarına qənim kəsilən gənc həbs edildi

Xəbər
Bu gün, 09:58

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Xəbər
Dünən, 18:00

Sabahın hava proqnozu

Xəbər
Dünən, 17:30

Bakıda neft şirkətinin əməkdaşı iş yerində öldü

Xəbər
Dünən, 17:00

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Xəbər
Dünən, 16:30

"Sabah" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Xəbər
Dünən, 16:24

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü?- ŞOK DETALLAR

Xəbər
Dünən, 15:30

Keçmiş arvadını dayısı oğlu ilə birgə oğurladı, şillə-təpiklə döydü

Xəbər
Dünən, 14:37

Bakıda marketə BASQIN: Satıcını döyüb malları apardılar - VİDEO

Xəbər
Dünən, 13:49

Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir

Xəbər
Dünən, 13:46

Bakıda binadan yıxılan gənc qız SAĞ QALDI

Xəbər
Dünən, 11:55

Akademik Musiqili Teatrda "Balaca şahzadə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub

Xəbər
Dünən, 10:34

Masazırda yüzlərlə həyəti su basıb

Xəbər
Dünən, 09:32

Bakıda faciə: Qatar kişini vurub öldürdü

Xəbər
01 iyun 2026, 18:00

Bakıda motosiklet qaçıran yeniyetmə tutuldu

Xəbər
01 iyun 2026, 17:10

Usta təmir işləri apardığı evdən altı min dollar oğurladı

Xəbər
01 iyun 2026, 16:10

Tanışını öldürməkdə ittiham edilən mağaza sahibi məcburi müalicəyə göndərildi

Xəbər
01 iyun 2026, 15:10

Qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb

Oxşar xəbərlər