Rusiya aviaşirkəti Rusiyanın daha bir şəhərindən Bakıya reys açır. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“IrAero” aviaşirkəti 1 aprel tarixindən etibarən Vladiqafqaz şəhərindən Bakıya birbaşa uçuşlara başlayacaq.
Aviareyslər həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Sərnişinlər “Superjet-100” təyyarələrində daşınacaqlar.