“8-ci kilometr” Ticarət Mərkəzi barədə yeni məlumat yayılıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin sözlərinə görə, “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir.
“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, – deyə o əlavə edib.
Digər məlumata görə, bazarın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə köçürülməsi planlaşdırılır.
Ötən gün sözügedən bazarın ləğv olunması barədə məlumat verilmişdi.