top
Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...
28 sentyabr 2026, 16:15
- ↺ +

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib.

Xəyal Əli-Zadə 2013-cü ildə Qaradağ rayon Polis İdarəsində İctimai təhlükəsizlik şöbəsinin rəisi işləyib. Polkovnik-leytenant rütbəsi ilə xidmət edib. 

İttihama görə, o, xidməti səlahiyyətlərini icra etmək əvəzinə, vəzifəsindən və maddi imkanlarından istifadə edərək Vüsal Şilderə qarşı cinayət planı qurub. Əvvəlcə bir neçə dəfə Vüsaldan həyat yoldaşının bacısı Lalə ilə münasibətini dayandırmağı tələb edib. Lakin Vüsal onun tələbini qəbul etməyib. Bundan hiddətlənən Xəyal onu öldürtdürmək qərarına gəlib.

Xəyal Vüsalı öldürtdürmək üçün tanışı Seymur Talıbovdan adam tapmasını istəyib. Bunun qarşılığında da Seymura 10 min manat pul verib. 
Seymur Talıbov bu işi həll etmək üçün əvvəllər dəfələrlə məhkum edilmiş Elman İsgəndərovu tapıb. Seymur Siyəzən rayonundan gələn Elmana əvvəlcə 100 manat pul və bıçaq verib. Ona Bakı şəhərində qalmağa yer təşkil edib. 

Xəyal Əli-Zadə isə Elmanla Seymura həbs edilməyəcəkləri barədə də vəd verib. Elman İsgəndərov Vüsal Şilderi universitetdən çıxandan sonra bir neçə bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Elman qətli icra etdikdən sonra cinayət aləti olan bıçağı kanalizasiyaya atıb.
Bu əməlinə görə Xəyal Əli-Zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham verilib. Hakim müttəhimin nəzərinə çatdırıb ki, təqsiri sübuta yetirilsə, onu 14 ildən 20 ilə kimi və ya ömürlük həbs cəzası gözləyir.

Xəyal Əli-Zadə isə özünü təqsirli bilmədiyini deyib. O, indiki halda ifadə verməkdən də imtina edib.

Proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov hadisə baş verəndən sonra mühakimə edilib. Elman 15,

Seymur 12 il azadlıqdan məhrum edilib.

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Bu gün, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Bu gün, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Bu gün, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Bu gün, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Bu gün, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Xəbər
Dünən, 10:08

Ağır qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Xəbər
Dünən, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
07 oktyabr 2026, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Oxşar xəbərlər