“Bakı Vaxtı” xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu evsiz heyvanların yemlənməsinin və onlar üçün sığınacaqlar quraşdırılmasının əleyhinə danışıb. Bu haqda o, 29 noyabr tarixində öz Facebook səhifəsində paylaşım edib.
O, “OBA” mağazasının qarşısında çəkilmiş şəklini paylaşıb. Fotoda mağazanın qarşısında quraşdırılmış küçə pişikləri üçün nəzərdə tutulmuş sığınacaq və yem qabı əks olunub.
“Məhlələrdə it-pişik az idi, sürü-sürü də bundan sonra gələr”, - deyə baş redaktor yazıb (mətndə xəbər portalının baş redaktorunun qrammatik və stilistik səhvlər saxlanılıb).
Bu paylaşım ictimaiyyəti hiddətləndirib: şərhlərdən də göründüyü kimi, bir çoxları İbrahimoğlunu mərhəmətə çağırıb. İstifadəçilər, əksinə, mağazanı belə humanist təşəbbüsə görə tərifləyiblər. Baş redaktor isə öz nöqteyi-nəzərini müdafiə etməkdə davam edib.
[URIS id=121662]