Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası noyabrın 30-da baş tutacaq. Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan təsdiqləyib.
Onun sözlərinə görə, ölkələrin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinib.
Bundan öncə komissiya iyulda toplaşıb.