Xırdalanda ağacların aşmasına səbəb olan şirkət cəzalandırılıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən, qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsində olduğu müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub.
[caption id="attachment_28942" align="alignnone" width="800"]
Foto ETSN-in rəsmi saytı[/caption]