Xətai rayonunda küçələrdən biri tam bağlanacaq. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Rayonun Afiyəddin Cəlilov küçəsinin Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən həmin ərazidə hərəkət tam məhdudlaşdırılır.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək. Sürücülərdən bunu nəzərə almaları xahiş olunur.