Paytaxtın Xətai rayonu, Gəncə prospekti 27 ünvanında bir neçə ağacların zədələndiyi faktı qeydə alınıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Bir neçə ağacın zədələndiyi, bir sərv ağacının isə gövdəsinin üst hissəsindən sərt budandığı müəyyən edilib.
Sözügedən torpaq sahəsi hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Həyat Residence” MMC-nin istifadəsinə verilib/
Araşdırmalar davam edir.
[caption id="attachment_32900" align="alignnone" width="685"]
Foto ETSN-in rəsmi saytı[/caption]