Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsində pulsuz tinglər paylanacaq. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aksiya 19 mart saat 12:00-da sözügedən ünvanda yerləşən Araz supermarketin önündə baş tutacaq.
“Vətəndaşları təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq”, - deyə qurum əlavə edib.