Xətai rayonunda Vətən müharibəsi şəhidi Əliyev Malik Təvəkkül oğlunun adını daşıyan küçənin açılışı olub. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az məlumat verir.
Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ailəli idi. Bir qızı yadigar qalıb. Malik Əliyev ölümündən sonra "Vətən uğrunda", "Vətənə xidmətə görə" ordenləri ilə, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
[caption id="attachment_105699" align="alignnone" width="640"]
Foto Xətai Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]