Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 56 ünvanında süd məhsulları istehsal edən müəssisədə qayda pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı obyektdə sanitar-gigiyenik qaydalara, temperatur rejiminə riayət olunmadığı, işçi heyətinin tibbi müayinədən keçmədiyi, eləcə də məhsulların saxlanma şəraitinin normalara uyğun olmadığı məlum olub.
Aşkar olunan nöqsanlarla bağlı müəssisə nəzarətə götürülüb, rəhbərlik isə məsuliyyətə cəlb olunub.