Paytaxtın Xətai rayonu, 8 noyabr prospektində aparılan tikintidə qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikintidə qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığı, o cümlədən texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi məlum olub.
Hadisə yerində FHN-nin əməkdaşları cəlb olunub. Kranın istismarı dayandırılıb.
[caption id="attachment_41314" align="alignnone" width="800"]
Foto FHN-in rəsmi saytı[/caption]