Bakının Xətai rayonu, 8 Noyabr prospektində işıqfor bərpa olunub. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
8 Noyabr prospekti və 7-ci dairəvi küçənin kəsişməsində baş vermiş avtoqəzadan sonra işıqfor və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrikpaylayıcı lövhə yararsız vəziyyətə düşmüşdü.
Yol infrastrukturu yenisi ilə əvəz edilərək sakinlərin istifadəsinə verilib.
[caption id="attachment_122377" align="alignnone" width="640"]
Foto NİİM[/caption]