Bakının Xətai rayonunda başlayan tikinti işləri dayandırılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sarayevo küçəsi, 26 ünvanında sakinlərin səki sahəsi kimi istifadə etdikləri yaşıl zolaqda özbaşına yüngül metal konstruksiya quraşdırılıb. Müvafiq icazəverici sənədlər olmadan aparılan işlər Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən dayandırılaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Söküntü işləri gün ərzində tam başa çatdırılaraq, ərazi yenidən sakinlərin istifadəsinə verilib.