Sosial şəbəkədə Xətai rayonu, Sarayevo küçəsi 20-də bir müddət əvvəl təmir edilmiş dam örtüyünün yararsız vəziyyətə düşməsi barədə görüntülər yayılıb.
Bakuplus.az xəbər verir ki, sakinlər dam örtüyünün bərbad təmir olunması nəticəsində yağış sularnın bloka axmasından narazıdırlar. Sakinlər vurulan tolun keyfiyyətli olmadığını iddia edirlər.
“Usta çağırdım, balaca bir yer üçün 100 manat verdim. Hələ neçə yer var ki, azı 1000 manat xərci var. Maaşla bunu necə edim?” - deyə sakinlərdən biri bildirib.