Tap.az saytında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən obyekt 13 milyon manata satılır. Hektardan böyük sahəsində vaxtilə uşaq bağçası olub, hazırda binada özəl tədris müəssisəsi fəaliyyət göstərir. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Obyektin özəlləşdirildiyi bildirilir. Bakıda bağçaların çatışmazlığına görə məktəbəqədər tərbiyə müəssisələrinin satışı sosial şəbəkələrdə birmənalı qarşılamayıb.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov da sahənin özəl mülkiyyət olduğunu təsdiqləyərək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin səlahiyyətində olduğunu qeyd edib.
[caption id="attachment_116331" align="alignnone" width="640"]
Foto Tap.az[/caption]