Xəzər dənizi sahillərində qanunsuz ov edən Bakı sakinlər cəzalandırılıb. Bu haqda 13 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi reyd zamanı Xəzər dənizi sahillərində Bakı şəhər sakini Gülağa Qasımov və digər rayonlardan olan brakonyerlər yaxalanıb. Neftçala rayonunda isə qanunsuz ovla məşğul olan Bakı şəhər sakinləri Zaur Namazov, Zahir Həsənov və Elşad Şükürov saxlanılıb.
Axtarış zamanı brakonyerlərdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı onlar barəsində protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb.