Xəzər rayonunda qanunsuz tikintilərin qarşısı alınıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisələr rayonun Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsində və Sovxoz adlanan ərazidə baş verib. İnşa olunan qeyri-yaşayış obyektlərində təsdiq olunmuş layihədən kənar işlərin görülməsi məlum olub.
Aşkar olunan faktlarla bağlı obyektlər sökülüb və nəzarətə götürülüb. Araşdırmalar davam edir.