Xəzər rayonunda yerləşən 3 tibb müəssisəsində “Pfizer” vaksini vurdurmaq mümkün olacaq. Bu haqda bu gün, 5 yanvar tarixində Xəzər rayonu İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Siyahını təqdim edirik:
- 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında - Buzovna qəsəbəsi, R.İmanov küçəsi 2a;
- 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında - Binə qəsəbəsi, Aynulov küçəsi 2;
- Xəzər Tİbb Mərkəzində - Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 6.
Operativ Qərargahın 28 dekabr tarixində keçirdiyi brifinq zamanı bildirildi ki, 15 fevral tarixindən etibarən II doza peyvəndinin vaxtından 6 ay keçibsə, pasport yararsız sayılacaq və həmin şəxs qapalı məkanlara buraxılmayacaq.