“Azəriqaz”ın sabiq əməkdaşı məhkəmə zalında həbs edilib. Bu haqda 1 aprel tarixində APA məlumat verib.
“Azəriqaz” İB-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətində rəis müavini olan Ramil Bağırov və operator vəzifəsində işləyən Mətləb Kərimov qanunsuz hərəkətlərə yol veriblər. Onlar Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5700 manat pul rüşvət alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Təkrar rüşvət alma” maddələri ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Mətləb Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.