Xəzər rayonu, Binə qəsəbəsindəki “Araz” supermarketinin qarşısında ilin sonuncu “Tullantıları tingə dəyiş” aksiyası keçirilib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Tədbir zamanı sakinlər ümumi tutumu 163 litr olan plastik, 102 litr şüşə qab və 25 işlənmiş batareya təhvil verərək, əvəzində ağac tingləri alıblar.
Əlavə olaraq uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub.
Aksiyalar növbəti ildə də davam edəcək.