Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində pulsuz tinglər paylanacaq. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aksiya 17 mart saat 11:00-da Mərdəkan prospekti 89 ünvanında yerləşən “Azpetrol LTD” MMC-nin yanacaqdoldurma məntəqəsi yaxınlığında keçiriləcək.
“Vətəndaşları təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq”,- deyə qurum əlavə edib.