Bakıda sayca yeddinci 220 kilovoltluq “Qala” yarımstansiyası tikilir. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Azərenerjiyə istinadən xəbər verir.
1932-ci ildə istismara verilən 110/35/6 kilovoltluq yarımstansiya 220/110/35/6 gərginlik sinfinə keçirilir, ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır.
Müəssisədə proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.
Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsini həyata keçirəcək.
[caption id="attachment_36144" align="alignnone" width="800"]
Foto Azərenerjinin rəsmi Youtube kanalı[/caption]